23 İyul 2022 14:45
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Özümü nə barbiyə, nə də Bellaya oxşatmaq fikrim yoxdur, olmayıb. Zərgər dəqiqliyi ilə toxunuşlar edilib. Sadəcə “update” oldum və daha təzə üzə sahibəm. Qaşlarımı da bəyənirəm. Gözümün üstü açılıb”.

Teleqraf.com xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli instaqram hesabında qeyd edib.

Qeyd edək ki, aktrisanın üzündə etdiyi qaşqaldırma, “bella eyes”, alıngərmə əməliyyatı son günlər müzakirələrə səbəb olub. İzləyicilər arasında aktrisanın özünü model Bella Hadidə bənzətdiyini iddia edənlər də var.

Ülviyyə Xəlibəyli aktyor Murad İsmayılla evlidir. Cütlüyün iki övladı var.


Müəllif: Pərvin Cəfərova