29 Avqust 2022 21:14
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan Bərdə rayonunda 14 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslərlə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan bu sözləri qeyd edib: “Bərdədə məktəbli qızın başına gətirilən bədbəxt hadisə ilə bağlı prosesi yaxından izləyirəm və nəticəni səbrsizliklə gözləyirəm. Mənim orada bibilərim, onların qızları, balaları yaşayır. Bir qadın kimi mənə təsir etdi, ölkəmdə baş verdiyi üçün utandım. Azərbaycan polisinə təşəkkür edirəm, səbəbkarları tapıblar. Lakin onlardan rica edirəm ki, 14 yaşlı bir yeniyetməyə bu cür rəftar edən o 4 nəfər ən ağır şəkildə cəzalandırılsın. Çox xahiş edirəm, məsələyə həssaslıqla yanaşsınlar. Hər kəsin övladı var”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər