Müğənni Vasif Məhərrəmli mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin ağır xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, instaqram səhifəsində müğənninin özünün sağlığında ona göndərdiyi videonu paylaşıb.
Onun sözlərinə görə, Rəhimi məclisinə çağırsa da, o, iştirak edə bilməyib.
Rəhim Rəhimli məclisdə iştirak edə bilmədiyi üçün üzrxahlıq edib, qaraciyərində problemlər olduğunu, buna görə də ayaqlarının şişdiyini deyib.
“Ay Rəhim, Allah sənə rəhmət eləsin! İncimişdim səndən, dostum. Kaş inciməzdim. Məclisə çağırmışdım, gəlməmişdin deyə mənə çəkib video atdın. Kaş zəng edəydim, danışaydıq. Deyirdim, anamın ən istədiyi müğənni sənsən. Sən çox təmiz adam idin, Rəhim. Bundan sonra bizə “dostum” kəlməsini kim deyəcək?! Məkanın cənnət olsun, əziz dost!”, - müğənni paylaşımında qeyd edib.