9 Dekabr 2014 11:30
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATV” kanalının tanınmış aparıcısı Zaur Baxşəliyev müğənni Röya Ayxanın fikirlərinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, ifaçının “Səhərdən-axşama qədər efirlərdə ağlaşmadı” ifadəsinin yozulduğunu söyləyib:

“Uzun illərdir münasibətim olan, xətrini istədiyim sənət adamları var. Kimsə arada “vasitəçilik” edib, ara qızışdırmaqla məşğuldur. Guya Röyaya nəsə demişəm. Mənim sözüm olsa, onun özünə söyləyərəm. Çünki bir-birimizə zəng edə biləcək qədər yaxın münasibətdəyik. Hər zaman hörmətini saxlamışam, saxlayacam da. Kimsə mənim sözlərimi yozub ara qızışdırmasın. Dəyərli dostlarımdan biri də Röyadır. Onun efirə gəldiyi vaxtlardan bu günə qədər aramızda hörmət olub. Bu münasibəti belə cılız sözlər qətiyyən poza bilməz”.

R.Ayxan isə sosial şəbəkədə buna aydınlıq gətirib:
“Mənim dediyim sözlərin anlamı başqa idi. Yazıda qeyd etmişdim ki, “Səhərdən axşamacan ağlaşma edirlər”. Hamı reytinq toplamaq üçün bir-birindən mövzu oğurlayır. Bu dedi-qoduya son qoyun. Çünki mənim fikrim eyni olaraq da qalacaq. Telefon arxasında şir olmayın. Bu arada, Zaur, təşəkkür edirəm ki, söz gəzdirənlərin ağzını bağladın”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər