İki gün öncə Honq-Konqda dünyasını dəyişən, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın bu gün cənazəsi Bakıya gətirilir.
Bu haqda Teleqraf.com-a bəstəkarın qızı Canana məlumat verib:
"İki saatdan sonra Honq-Konqdan çıxırıq. Sabah saat 12:00-da Bakıda olacağıq. Təzəpir məscidində vida mərasimi olduqdan sonra anam ailə qəbiristanlığında dəfn ediləcək".
Qeyd edək ki, Ruhəngiz Qasımova 82 yaşında Honq-Konqda qızının evində vəfat edib.