17 Oktyabr 2022 14:39
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova solo konsertə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, o, yenidən "Kristal holl" (“Crystal hall”) səhnəsində çıxış edəcək.

Aygün Kazımovanın konserti üzərində həm yerli, həm də əcnəbi peşəkarların yer aldığı böyük komanda çalışır.

Hazırda tədbirin afişası şəhərin müxtəlif yerlərində nümayiş olunur. Konsertin vaxtı isə yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Aygün Kazımova 2017-ci ildə də “Crystal hall”da solo konsert vermişdi. “Aygün Kazımova - 30 il” adlanan gecə müğənninin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər