18 Oktyabr 2022 12:16
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılovanın müdafiəsinə qalxıb.

Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova İnstaqramda foto paylaşıb, "Övladımın ayağına dəyən daş, mənim ürəyimi ağrıdır", - deyə qeyd edib.

Aparıcı Sərxan Kərəmoğlu isə İnstaqramda Rəqsanə İsmayılovanın və Fazil Əmiraslanovun onu təhdid etdiyi səsli qeydləri silərək Aysun İsmayılova haqda yeni paylaşım edib: "Mən kiminsə xətrinə dəyən adam deyiləm. O da ki Aysun ola. Aysundan üzrxahlıq edərəm, əgər qəlbinə dəymişəmsə. Amma Rəqsanə və Fazil müharibəmiz öz yerindədir".

Qeyd edək ki, aparıcı Sərxan Kərəmoğlu ilə Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanov arasında qalmaqal yaşanır.

Bun səbəb Sərxan Kərəmoğlunun "MTV maqazin" verilişində Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın evliliyini oyun adlandırması və Rəqsanə İsmayılovaya güvənmədiyini deməsi olub.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər