Mərhum əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov atasının sənət dostlarını tənqid edib.
Teleqraf.com xəbər verir ki, Peyman Əşrəfov sosial şəbəkədə bu sözləri yazıb:
"İstədim bu mövzuya toxunmayım, sonra fikirləşdim ki, niyə də reallığı deməyim. İncəsənət aləmində kim deyirsə ki, dost var, yalan danışır. 2017-ci ildə nənəm rəhmətə gedəndə demək olar ki, bütün müğənnilər yas mərasiminə gəlmişdilər. Onda atam sağ idi. Amma 2021-ci ildə atam rəhmətə gedəndə çox az sayda müğənni yas mərasiminə gəldi, çünki o yox idi. Səbəb pandemiya idisə, ilinə gələrdilər, qəbrini ziyarət edərdilər.
Sağlığında atama qardaş deyənlər necə dəyişdisə, onların rol oynadığlarına məəttəl qaldım. Bəstələdiyi, ifa etdiyi mahnıları efirlərdə oxuyan müğənnilər bir dəfə də atamın məzarı üstünə gəlmədilər".