26 Noyabr 2022 19:32
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Hadisə sosial şəbəkədəki sonuncu paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, iş adamı Mehmet Dinçerlərdən boşanan Hadisə barmağındakı təkqaş üzük ilə görüntülənib.

Müğənni üzüyü sol əlində şəhadət barmağına taxıb.

Üzük Mehmet Dinçerlerin Hadisəyə aldığı saxta təkqaşı xatırladıb.

Qeyd edək ki, Hadisə Türkiyə mətbuatında iş adamı Rza Zərrab ilə sevgili olması iddiası ilə gündəmdədir. Onun iş adamıyla vatsap hesabından yazışmaları yayılıb. İfaçı Mehmet Dinçerler ilə beş ay evli olub.


Müəllif: Rəqsanə Həsənova