Xalq artisti Ramiz Novruzun qızı, vizajist Şəfəq Novruz atasının səhhətindən danışıb.
Teleqraf.com xəbər verir ki, Şəfəq Novruz Xəzər televiziyasında yayımlanan “Səhər mərkəzi” verilişinə telefon vasitəsi ilə qoşularaq bu sözləri deyib:
“Atamın səhhəti yaxşıdır, bir az arıqlayıb. Ümümi vəziyyəti yaxşıdır. Arıqladığına görə hələ heç bir verilişə çıxmır. Ümüd edirik ki, daha yaxşı olacaq. Atamın mədəsində problemlər var idi, mədə xərçəngindən əziyyət çəkirdi. Bizə əvvəlcə çox pis xəbər verdilər.
Amma Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva atamın müalicəsini nəzarətə aldılar, çox təşəkkür edirəm. Atam “Bona Dea” klinikasında altı ay müalicə aldı. Atamın səhhəti onların sayəsində çox yaxşıdır”.