Müğənni Əli Mirəliyevin həyat yoldaşı Anaxanım Mirəliyeva ARB-də yayımlanan “Elgizlə izlə” verilişində ailəsi haqda danışıb.
Teleqraf.com xəbər verir ki, Anaxanım Mirəliyeva gəlinin evdən getdiyini deyib: “Mən də uşaq saxlamışam, gəlinim gedib. Nəvəm Əlinin yeddi yaşı var idi, oğul nəvəmdi. Əli Mirəliyevlə birlikdə onu böyütdük. Hazırda nəvəmin 19 yaşı var. 17 yaşı olanda ali təhsil alması üçün sənədlərini Ankara şəhərindəki “Ostim” universitetinə verdik. Onun ölkədən çıxmasına anası icazə verməli idi. Razılaşdı və sənədləri düzəldəndə gördük ki, nəvəmi qeydiyyatdan çıxarıb ana nənəsinin üzərində qeydiyyatdadır. Bunu məhkəmə vasitəsiylə etmişdilər.
Əliylə birlikdə yeməyib onu yedizdirirdik. Nəvəmin anası ilə danışmasından xəbərim var. Nəvəmin sənədlərini “Asan xidmət”də düzəldəndə evə gəlib dedi ki, nənə, anamla görüşməyimə icazə verirsən? Razılşadım. Xəstələnmişdim, vəziyyətim yaxşı deyildi.
Nəvəm universitetdə oxuyanda keçmiş gəlinimlə küçədə qarşılaşdıq. Ondan nəvəmə dəstək gözləyirdim. Nə olsun ki, oğlumdan ayrılıblar, mən ki onları ayırmamışam. Gəlinim dedi ki, uşağımı əlimdən almısan. Xəstəsən, Allah sənə qəzəb edib.
Cavab verdim ki, Allah mənə dərd veribsə, dərmanını da verib. O uşağa görə yaşadacaq. Amma bilmirəm sizə nə olacaq. Nəvəm yayda tətilə gələndə dedi ki, nənəsi və babası dünyasını dəyişib. Nəvəmin anasıyla görüşməsindən oğlumun xəbəri yoxdur. Çünki ona pis təsir edər. Anası heç vaxt uşağının yanında olmayıb. Oğlum Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Biznesi vardı. Müəyyən səbəblərə görə problem yaşadı. İndi yenə qazancı var”.