Müğənni Yaşar Cəlilov 2015-ci ildəki planlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ifaçı ilin əvvəlində yeni albomu, klipi, mahnısı və yenilənmiş saytını təqdim edəcək.
Hazırda Y.Cəlilov üçüncü albomu üçün mahnılar üzərində çalışır. Diskdə yer alacaq bəstələrdən biri isə yaxın günlərdə dinləyicilərin ixtiyarına veriləcək. Musiqisi Tərlan Məmmədhüseynov, sözləri Altay Yaşara məxsus olan mahnı “Ya bir olaq, ya iki” adlanır. Bəstə hazırda aranjiman edilir.
Y. Cəlilov albomu və saytı üçün fərqli və maraqlı fotosessiya etdirib. Layihənin prodüseri Vüsalə Kərimova, meneceri Natiq Cananlı, fotoqrafı Eldəniz Bədəlov, stilisti Elnur Həsənovdur.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm