27 Yanvar 2023 23:58
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktyor Bred Pittin yeni filminin çəkiliş meydançasından görüntüsü müzakirələrə səbəb olub.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, fotoqraflar 59 yaşlı aktyoru Nyu-Yorkda “Qurdlar” trillerinin çəkiliş meydançasında lentə alıblar.

Pitt film üzərində Corc Kluni ilə birlikdə işləyir.

Çəkiliş meydançasında Pitt parlaq narıncı gödəkçə, bənövşəyi köynək, qeyri-adi qəhvəyi şalvar və yaşıl papaqda görünüb.

Qeyd edək ki, aktyor vaxtaşırı geyimləri ilə gündəmə gəlir. Ötən il Berlində "Sürətli güllə" filminin premyerasında Pittin geyindiyi şokolad rəngli ətəkli kətan kostyumu xeyli səs-küy yaratmışdı.


Müəllif: Pərvin Cəfərova