Xalq artisti Aygün Kazımova Türkiyədə baş verən dəhşətli zəlzələdən yazıb.
Teleqraf.com xəbər verir ki, Aygün Kazımova İnstaqramda bu sözləri qeyd edib:
"Bir gün keçib, həlak olanların sayı isə durmadan artır. Hadisə yerindən olan videoları izləmək çox çətindir. Bu necə dəhşətli mənzərədir... Dağıntılar altından qurtardığı övladı atanın qollarında can verir... Bunları izləməyə ürək dözmür.
İlahi, sən özün körpələrə, insanlara kömək ol. Allahdan dünyasını dəyişənlərə rəhmət, sağ qalanlara isə səbr, güc diləyirəm. Başın sağ olsun, Türkiyə".