Tanınmış mexanaçı Namiq Qaraçuxurlu Arb televiziyasında yayımlanan “Xəbər-ətər” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki? Namiq Qaraçuxurlu bu sözləri deyib:
"Şou-biznesdə olan çox adamlarla düşüncəm fərqlidir, ziddiyət təşkil edir. Məsələn, məhəlləyə daxil olanda maşının işıqlarını söndürürəm. Kimsə avtomobilinin işığını söndürməyəndə əsəbləşməyə başlayıram. Yaxud da on nəfərin içindəsən və qulağına iki qulaqçıq taxmısan. Bu hərəkət orada oturanlara qarşı hörmətsizlikdir. Çox gənclərimiz bunu bilmirlər. Başa düşürsən ki, onların düçüncəsi başqadır. O halda uzaq durmağa çalışırsan. Hamıya da öz fikrini yeritmək doğru deyil. Ona görə düşüncələrim bəzi dostlarımızla, tanınmışlarla uyğun gəlmir. Vaxtilə kasıb oğlan olmuşam, birdən-birə pul qazanmağa başlamışam. Bir də görmüşəm ki, pul qazanana-qazana hər şeyim var, amma heç nəyim yoxdur. Yaxud da ətrafımının hər şey var, mənim heç nəyim yoxdur. Bu pis şeydir. İndi ardıcıl məclislər olanda götürmürəm. Görürəm ki, özümü, şəxsi həyatımı unuduram. Deyirəm ki, lazım deyil".