Xalq artisti Röya Ayxanın "MTV Xəbər"ə açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan bu sözləri deyib: "Deyirlər ki, kaprizli insanam, amma elə deyiləm. Sadəcə nə istədiyimi bilirəm. Biri nəsə danışanda üzünə baxıb deyirəm ki, bu boş danışır. Bunu edə bilməyəcək! Hiss edib keçirəm. Pafosu, yaşından böyük hərəkətləri sevmirəm. İşindən böyük iş görənləri də sevmərəm".
Pop ulduz küsülü dostlarını barışdırmağa cəhdi göstərmədiyini bildirib: "İnsan olduğu kimi qalmalıdır, onun tərəfdarıyam. Ümumiyətlə, kimisə barışdırmaq istəmirəm. Kimsə də məni kiminləsə barışdırmasın. Ona da ixtiyar vermirəm. Çünki barışsam da özüm bilərəm. Küsəndə özüm bilmişəm. Sizə nə? Vəssalam!"
Röya Ayxan xain insanları bağışlamadığını deyib: "Paxıllıq və xainlik... Qalan bütün səhvləri həyatda keçərəm. Röya bağışlayandır? Əlbəttə ki, hə. Allah da mənim bütün səhvlərimi bağışlayıb. Mən kiməm ki, səni bağışlamayım?.."
Röya Ayxan bir müddət əvvəl Bakı Konqres Mərkəzində baş tutan konsertində borca düşməsi haqda yayılan xəbərlərə də aydınlıq gətirib: "Dedilər ki, konserti borca verib. Amma mən bildirmişdim ki, xalqa borcum var, üç dəfə konsertin vaxtını dəyişdirmişəm. Adamlar bilet alıb. Bütün Azərbaycan bilir, mən borclu qalmağı sevmirəm. Və çox gözəl xərcləyən adamam".