Türkiyənin ən reytinqli serialı olan "Yalı çapkını"nın aktyoru Doğukan Polatın aktrisa Selen Özbayrak ilə sevgili olduğu iddia edilib.
Teleqraf.com xəbər verir ki, Doğukan Polat eyni serialda rol alan həmkarı Selen Özbayrakla sevgi münasibətinə başlayıb.
Qeyd edək ki, Doğukan Polat serialda Fuad, Selen Özbayrak isə Dicle rolunu canlandırıb.
Doğukan Polat ssenariyə əsasən serialdan ayrılıb.