“Artıq çəki atmışam. Şirniyyat və çörəkdən az istifadə edirəm. Ona görə çəki ata bildim. Hazırda çəkim 52 kiloqramdır. Ən yuxarı çəkim isə 56 kq olub. Heç vaxt çox kilo almamışam. Çünki həmişə formada qalmağa çalışmışam. Həm də genetik olaraq ailəmizdə kök insan yoxdur”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “Avroviziya-2008”təmsilçimiz Dilarə Kazımova formada qalmasından danışarkən deyib.
İfaçı xarakterindən də danışıb: “Heç kimə fikir verməməyə və əsəbləşməməyə çalışıram. Normal yatmaq və yaxşı əhvalda oluram. Ümumiyyətlə, neqativ fikrilərə köklənməmək lazımdır. Neqativə köklənəndə bizim üz cizgilərimiz də dəyişir”.
Dilarə Kazımova şəxsi həyatından da söz açıb: “Qismətdir. Amma hələ ki, ailə qurmaq fikrim yoxdur. Elə bir insan qarşıma çıxsa evlənə bilərəm. Xəyalımdakı insan məni qısqanmamalı və eyni fikirdə olmalıyıq. Çünki eyni fikirlər olmayanda mübahisə edsi olursan”.