Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkədə ailə fotosunu paylaşıb.
Teleqraf.com xəbər verir ki, İradə İbrahomova bu sözləri yazıb:
"Bayramlar mənim üçün əsla yeri dolmayacaq, geri gəlməyəcək zamanlar deməkdir. Bu şəkildə gördüyünüz bizə ata yadigarıdır. Hamının həyatında çox dəyərli, fərah söhbətlərə, süfrələrə, gülüşlərə, bəzən göz yaşlarına "Allah təkrarını nəsib etsin" dediyimiz ayrılıqlara şahidlik edən bu ev, sanki bizi birləşdirməyə, bölməməyə, ailə olmağımıza and içib. Bu səbəblə də mənəvi dəyəri səbəbsizdir. Gələnləriniz, gedənləriniz, sizə qalanlarınız nə varsa, bərk-bərk qucaqlayın. Mən hər zamankı kimi yenə qucaqladım. Həyatınıza, ürəyinizə xoş gələnlərin gəlməsi diləyi ilə...".