29 İyun 2023 23:11
1 920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Nura Suri bu sözləri yazıb:

"Bu gün heç kəsi təbrik etməmişəm. Məni tanıyanlar bilir heyvanlara olan münasibətimi. 7-8 ildir ət yemirəm. Qurban olan yerdə bayram necə ola bilər axı? Yaxşılıq etmək üçün günahsız heyvanları qurban etməyə ehtiyac görmürəm. Subyektiv fikrimdir. Əksini yazmasanız da olar. “Quran-i Kərim”i də oxumuşam: Xırdalamaq istəmirəm. İnsan bütün varlıqlardan üstündür deyə, İbrahim peyğəmbər oğlunun yerinə qoyun kəsir. Hər il qoyunlara genosid edin kimi cümlələr yazılmayıb. İnək surəsində də Musa peyğəmbər inəyi insanlar aclıqdan ölməsin deyə, kəsməyə məcbur qalır. Qısa yazıram, dərinə getmək istəmirəm. Hərənin bir doğrusu, bir seçimi vardır. Sizin seçiminizə hörmətlə yanaşıram. Siz də eynisini edin. Məni təbrik etməyin, xahiş edirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər