7 İyul 2023 13:59
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Manana Caparidze "Gül kimi şou"da şəxsi həyatı ilə bağlı etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, əməkdar artist həyat yoldaşı, iş adamı Georgi Qabelave ilə necə tanış olmasından danışıb.

“Təbiəti xüsusi ilə dənizi çox sevirəm. Dəniz mənə xoşbəxtlik gətirir. Həyat yoldaşım Georgi ilə də dənizdə tanış oldum. Dənizdən soruşub dedim ki, əgər bu nağıl deyilsə, dəniz sevgisi, məhəbbəti varsa, hazıram onu qarşılamağa. 10 gün dəniz kənarında istirahət elədim və doqquzuncu gündə Georgi ilə tanış oldum”.

Qeyd edək ki, Manana Caparidze 2008-ci ildə Georgi Qabelave ilə ailə qurub. Cütlüyün Elizabet adlı qızı, David adlı oğlu var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər