25 İyul 2023 11:18
3 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış iş xanımı Ruhi Əliyeva ilk dəfə övladları Məhəmməd və Həsənin üzünü göstərib.

Teleqraf.com xəbər verir ki, Ruhi Əliyeva İnstaqramda əkizlərinin fotosunu paylaşaraq doğum günlərini təbrik edib:

"Hər sabahı sizin gülüşünüzlə açıram. 11 ildir ki, siz məni dünyanın ən xoşbəxt, ən məsud anasına çevirdiniz. Siz mənim ən böyük sevincim, sevgim, mərhəmətimsiniz! Gücüm, mübarizəm və yaşam səbəbimsiniz. Həyatda gözəl, doğru, işıqlı nə varsa, biz ona doğru birgə addımlayırıq. Yorulanda, çətinə düşəndə məsum, gözəl gözləriniz yolgöstərənim olur.

Bu gün sizin gününüzdür! Arzu edirəm, ömrümün, ömrünüzün hər günü sizin gününüz olsun! Sevincinizin, gülüşünüzün, məmnuniyyətinizin, uğurunuzun günü! Ad gününüz mübarək, Məhəmmədim və Həsənim”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər