Meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov atası ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, o, atasının fotolarından yığışmış videoya belə bir şərh yazıb: "Ata sən həmişə mənim arxa dayagım oldun. İndi mən sənin görən gözün, danışan dilinəm".
Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub.
Meyxanaçı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.