Xalq artisti Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən azad olunub.
Teleqraf.com xəbər verir ki, Arif Babayevi həmkarı Mənsum İbrahimov əvəz edib.
Mənsum İbrahimov saytımıza açıqlamasında kafedra müdiri vəzifəsinə Arif Babayevin tövsiyəsi ilə gəldiyini açıqlayıb: "Arif Babayevin məsləhəti ilə bu vəzifəyə gəldim. Arif müəllimin səhhətində problem var. Bir neçə ildi ki, evdən çölə çıxmır. Həmişə onun işini biz görürük. Onun xeyir-duası ilə vəzifəni icra edəcəm. Məni birinci təbrik edən elə Arif Babayev oldu.
Dünən ustad sənətkarı evində ziyarət etdim. Arif müəllim professor kimi kafedrada fəaliyyətinə davam edəcək. Bizim onun təcrübə və məsləhətinə ehtiyacımız var. Allah onu bizim başımızın üzərindən əskik etməsin. 2011-ci ildə kafedranın professoruyam. Bu gün meydanda olan bir çox xanəndələr tələbələrimdir".