9 Sentyabr 2023 22:18
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İradə İbrahimova sosial media hesabında ailə fotolarını paylaşıb.

Teleqraf.com xəbər verir ki, müğənni oğlu Əlini doğum günü münasibəti ilə belə təbrik edib.

"Ana-ata olmaq təkrar doğulub övladı ilə böyümək deməkmiş. İngilis şairinin “Uşaq insanın atasıdır!” sözləri gəldi ağlıma. İnsanı düzəldən, emal edən, var olmağının təməlidir uşaqlıq.

Bəlkə biz onlardan çox yaşadığımız üçün bir az çox bilirik, amma onların həyatı bizdən daha yaxşı bildiklərini düşünürəm. Bütün övladlarımız üçün duam yaxşılarla qarşılaşsınlar ki, içlərindəki yaxşını çoxaltsınlar. Yolları, bəxtləri açıq olsun. Əli, oğlum, səndən də çox şey öyrənirəm. Sizlərə layiq olmaq nəsib olsun".


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər