Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül tənqidlərə cavab verib.
Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl Bodrumda konserti zamanı səhnəyə şortik və pencəkdə çıxdığı üçün tənqidlərə tuş gələn Mahsun Kırmızıgül susqunluğunu pozub.
İfaçı görüntülərin konsertdən sonra çəkildiyini bildirib: "Konsertdən 10 dəqiqə sonra arxa qapıdan çıxarkən tamaşaçılar məni yenidən səhnəyə çıxmağa məcbur etdilər. Səhnə paltarında yox, gündəlik geyimdə idim. Son dəqiqədə səhnəyə çıxdım və paltara görə tamaşaçılardan üzr istədim. Sənət həyatım boyu heç vaxt hörmətsizlik etməmişəm".