19 Sentyabr 2023 15:30
2 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Lalə Azərtaş əməkdar artist Cavanşir Məmmədovun haqqında bildirdiyi fikirlərə sərt reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, Lalə Azərtaş aparıcısı olduğu "Təsir dairəsi" verilişində bu sözləri deyib:

"Bütün fikirlərimi Cavanşir Məmmədovun yaşına hörmət edərək bildirəcəm. Bəlkə fərqimiz də bundadır. Hər dəfə verilişdə qanunun şah olduğunu deyirəm. Sevdiyim üçün "mənim xalqım" ifadəsini işlədə bilərəm. Amma qanundan-hüquqdan, hakimlikdən danışırsınızsa, "mənim xalqım" deyə müraciət edə bilməzsiniz. Düşünülməmiş, cılız bir cümlə işlədirsiniz: "Lalə Azərtaş, mənə etdiyin təhqir xalqıma edilmiş təhqirdir". Xeyr, Cavanşir Məmmədov! Sizdən fərqli olaraq mən danışanda yüz dəfə ölçüb, bir biçirəm.

Nə siz əməkdar artist kimi, nə də mən illərdir efirdə olan aparıcı kimi xalqın gözünü kör etmək gücündə deyilik. Hamı hər şeyi sərrast görür. Mən heç vaxt efirdə sizdən üzr istəyəcəyim haqda fikir bildirməmişəm.

Ailənizlə bağlı hansısa problemi həll edəndə Lalə Azərtaş orada idi?! Yadınızda saxlayın, nəinki gerçək həyatda, heç yuxunuzda da sizdən üzr istəmərəm. Sizdən Mustafa İbili üzr istəməlidir".

Qeyd edək ki, Mustafa İbili aylar əvvəl "Təsir Dairəsi" verilişinə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı.

Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borcu olduğunu söyləmişdi.

Daha sonra Mustafa məhkəmə zalında həbs olundu və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər