Türkiyənin məşhur sənətçisi Mahsun Kırmızıgül çəkiliş meydançasına geri dönüb.
Teleqraf.com xəbər verir ki, Mahsun Kırmızıgül kod adı "G.A.D" olan serialda prodüser və direktor vəzifəfəsini icra edəcək.
Serialın çəkilişləri Kapadokya və Qara dəniz sahillərində baş tutacaq. Serialın ssenarisi Feraye Şahinə aiddir.
Serial "Boyut Film" və "Med Yapım"ın şirkəti tərəfindən ortaq ekranlaşdırılacaq.
Qeyd edək ki, Mahsun Kırmızıgül sonuncu dəfə "Prestij Meselesi" filmi tamaşaçıların qarşısına çıxıb.