20 Noyabr 2023 16:05
1 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlərindən 21 nəfərə ev verilməsi digər iddialılar tərəfindən birmənalı qarşılanmayıb və tənqidə məruz qalıb. Narazı olan AYB üzvləri bölgünün ədalətsiz aparıdlğını bildiriblər.

Teleqraf.com qalmaqalla bağlı qurumun rəhbərliyi ilə əlaqə saxlamağa çalışıb. Yalnız AYB-nin birinci katibi Çingiz Abdullayevdən açıqlama almaq mümkün olub.

O, məsələyə belə münasibət bildirib: "Mən oktyabrın 1-dən Bakıda yox idim. İki aya yaxındır Almaniyada tələbələrlə görüşürdüm. Ona görə nə siyahı görmüşəm, nə iştirak etmişəm. Mən bu siyahını görməmişəm və xəbərim yoxdur. "Quran"a da əl basa bilərəm ki, heç nədən xəbərim yoxdur. İşdə noyabrın 25-də olmalıyam. Məna Bakıda olmadığım görə ev mənsiz bölünüb, paylanıb və verilib".

Qeyd edək ki, siyahıda ev alanlar arasında AYB sədri Anarın sürücüsü, texniki işçilərin də olduğu iddia edilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər