4 Dekabr 2023 17:27
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri Türkiyədə keçirilən “Altın Kelebek”ə qatılan müğənni Samirə Əfəndi, aparıcı Kəmalə Piriyeva və bloger Nəcibə Əhmədlinin geyimini tənqid edib.

Teleqraf.com xəbər verir ki, Nura Suri sosial media hesabında bu sözləri yazıb: "Bizimkilər "Altın Kelebek"ə gedəndə niyə özlərini itirirlər? Burada adi verilişə və tədbirlərə gözəl geyinirlər, Hollivud ulduzları kimi görünürlər. Ora gedəndə əksinə, pis geyinirlər, həm də çox pis".

Qeyd edək ki, “Azərbaycanın parlayan ulduzu” nominasiyası üzrə mükafatın sahibləri teleaparıcı və aktrisa Kəmalə Piriyeva, müğənni Samirə Əfəndi və bloger Nəcibə Əhmədidir.


Müəllif: Rəqsanə Həsənova