5 Dekabr 2023 13:35
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın inzibati ərazi quruluşunda dəyişikliklər edilməsi Vətən müharibəsində parlaq Qələbəmizin nəticəsidir və xalqımız təkcə ərazi bütövlüyü, siyasi suverenliyini deyil, daxili idarəçiliyinin tamlaşması, uzun əzrlər boyu əcdadlarımızın yaşadığı ərazilərdə öz konstitusion haqlarını gerçəkləşdirməsi deməkdir. Söhbət Bakı və digər coğrafiyamızda yaradılan hər hansı yeni inzibati subyektdən danışmırıq, söhbət şəhidlərimizin, ordumuzun, Ali Baş Komandanın savaşla, qəhrəmanlqı və rəşadətlə qazandığı və indi rəsmi qərarla təsis edilən yeni rayonun mühüm tarixi hadisəyə çevrilməsidir. Tarixi ədalətin bərpasından danışırkən onu da vurğulayaq ki, Ermənistan işğal dövründə yaratdığı qanunsuz ərazi vahidləri sırasında Şaumyan rayonu ilə Goranboyun da bir hissəsini xəritədə özünə qatmaqla Ağdərə də daxil daha böyük ərazilərə nəzarəti həyata keçirməyə çalışırdı.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, Ağdərənin rayon kimi statusunun ləğvi həm də 90-cı illərdə hakimiyyət və Silahlı Qüvvələr arasında hökm sürən xaosun nəticəsiydi, daha konkret desək 92-ci ildə qazanılmış uğurları həzm edə bilməyən qüvvələr sonrakı illərdə təxribatla həmin uğurların itirilməsində rol oynadılar. İndi tarixi ədalətin təntənəsindən danışarkən həm də son 200 ildə çarizm, Rusiya imperiyası və Sovetlər birliyi dövründə həyata keçirilən müxtəlif xarakterli inzibati-siyasi və idarəçilik dəyişikliklərilə baş verən demoqrafik və sosial-iqtisadi mənzərənin xalqımızın ziyanına formalaşdığını yada salmalıyıq. Ona görə də ümidvarıq ki, Ağdərə rayonun yaradılması ilə Qarabağ arealında verilən idarəçilik qərarları məhdudlanmayıb qalmayacaq, tarixən Şuşanın mühüm rolunu rəsmi qərarla yenidən geri qaytaracaqlar. Belə ki, 1920-ci ildən sonra süni şəkildə Xankəndinin Qarabağın mərkəzinə çevrilməsi sonrakı antiazərbaycan hərəkatlarına təsirsiz qalmadı, nəhayət 90-cı illərdə proses özünün məntiqi sonuna çatdı.Ona görə də Şuşa tarixən mədəni, iqtisadi əhəmiyyətinə görə regionda tutduğu əhəmiyətli yeri və birincilik statusu prezident ilham Əliyev tərəfindən izmalanan strateji bəyənnamə, dövlət başçılarının orada qarşılanması Şuşanın siyasi paytaxt rolunun da yaxın gələcəkdə rəsmiləşdirləcəyinə inam verir".

Deputat bildirib ki, Ermənistanla hərbi atəşkəs dövründə 4 dəfə daha kütləvi toqquşmaların 3-ü məhz Ağdərə bölgəsi ətrafında baş vermişdi: "

Aprel döyüşləri zamanı ordumuzun qazandığı uğrular da məhz həmin istiqamətdə olmuşdu. Vətən müharibəsinin başlandığı gün məhz həmin istiqamətdə düşmənə zərbələrin vurulması, Talış yüksəkliyi və Madagizin azad olunması ilə biz bir daha hazırki qərarın necə strateji təhlükəsizlik mənası daşıdığını bilməyilik.

Hazırda DTX-nın təcridxanasında həbsdə olan Davud Babayan 44 günlük müharibədən sonra müsahibələrində deyirdi ki, Prezident İlham Əliyev Qarabağda landşaft, infrastruktur, yeni tunellər və yolların çəkilişi ilə müharibəni silahlı müstəvisindən iqtisadi-kommunikasiya platformasına keçirib. Doğrdudan da indi dünya erməniçiliyinin şəbəkəsi daha çox Ağdərənin ərazisində olan alban məbədləri üzərində ölkəmizə qarşı hücumlarının intensivliyi daha çoxdur və bizim gələcəkdə güclü, firvan, inkişaf etmiş bir bölgənin timsalında Qarabağ Azərbaycanın zəif yerindən, konflikt regionundan Qafqazlarda və dünyada sülh məkanına çevriləcək".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər