6 Sentyabr 15:06
1 880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya heç bir beynəlxalq qurum ticarətdə BRİKS-lə rəqabətə girə bilməz.

Teleqraf.com xəbər verir ki, bunu türk iqtisadçı Yusuf Dinç deyib.

“Bu birliyin təməlində iqtisadi əlaqələrin inkişafı ön plandadır. Türkiyəyə də enerji və yeni yol layihələri ilə iqtisadi fayda verəcək. Hesab edirəm ki, Qərb tərəfindən Türkiyədən əsirgənən texnologiyalar baxımından da, BRİKS üzvləri ilə əlaqələr faydalı olacaq.

Türkiyə F-35 proqramından çıxarıldı, ardınca KAAN layihəsinə başladıq. Ankara bu layihə çərçivəsində tərəfdaşlığa açıq olduğunu da bildirib. Türkiyənin yeni nüvə sərmayələri var. Burada əməkdaşlıqlar ola bilər. Digər məsələ Türkiyənin nadir metallar sahəsində Çinlə əməkdaşlığıdır”, - ekspert qeyd edib.

Yusuf Dinç ticarət məsələsində BRİKS-in dünyada rəqibsiz olduğunu vurğulayıb:

“Xarici ticarətin payına görə, BRİKS dünyada birinci yerdədir. Onu dünya iqtisadiyyatlarında pay baxımından toplayanda birinci gəlir. Heç bir başqa birlik BRİKS-lə rəqabət apara bilməz. BRİKS xarici ticarətdəki payına görə dünyada rəqibsizdir”.

BRİKS-in dönəm sədri, Rusiyanın vitse-prezidenti Yuri Uşakov bundan öncə Türkiyənin üzvlük üçün birliyə müraciət etdiyini və bunun nəzərdən keçirildiyini açıqlayıb. Türkiyə ilə yanaşı, Azərbaycan da üzvlük üçün BRİKS-ə rəsmi müraciət edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər