6 Sentyabr 13:50
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycan futbol millisinin Millətlər Liqasında mübarizədəki ilk oyununda Bakıda İsveçə məğlub olması təəssüf doğurur. Bu, Azərbaycan millisinin Fernandu Santuşun baş məşqçiliyi ilə ilk oyunu idi. Görünür, komanda özünü toparlaya bilməyib.

Bunu Teleqraf.com-a VI çağırış Milli Məclisin deputatı Aqil Abbas deyib.

O qeyd edib ki, əslində millimiz axşam yaxşı oynadı: “Bəxtsizlik də oldu. Sadəcə vuran ayağımız olmadı. Penaltini də qaçırdıq. Adama deyərlər ki, vura bilmirsənsə, denən mənlik deyil. Qoy Emin Mahmudov vursun. Söhbət heç də baş məşqçinin ilk oyunundan getmir. Futbolçular ürəklə oynadılar”.

Aqil Abbas milliyə inandığını bildirib: “Bu cür getsələr, demirəm çempion olacaq. Amma bir-iki ilə komanda özünü doğruldacaq. Axşamkı oyunda Santuş “Qarabağ” komandasının müdafiəçilərini oyuna buraxmışdı. Sonradan Nəriman Axundzadəni oyuna buraxdılar. Ümumilikdə isə komandanın oyunundan razı qaldıq. Qarşıdakı oyunlarda daha yaxşı oynamaq lazımdır. Milli növbəti görüşünü sentyabrın 8-də səfərdə Slovakiyaya qarşı keçirəcək. Düzdü, bu komanda İsveçdən güclüdür. Amma oynamaq olar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər