Xalq artisti Rafiq Əzimovun Lənkəranda qastrol səfəri zamanı yıxılaraq ayağından zədə alıb.
Xəstəxanaya yerləşdirilən xalq artisti Teleqraf.com-a açıqlamasında səhhətinin normal olduğunu deyib: "Hazırda xəstəxanadayam, müalicəm davam edir. Lənkəranda qastrol səfərdə idik, yer mərmər idi. "Qarabağnamə” tamaşasının nümayişindən sonra yıxıldım. Təcili yardımla Bakıya Mərkəzi Gömrük Hospitalına yerləşdirildim. Əməliyyat edildim və iki gün reanimasiyada qaldım. Hazırda palatadayam, müalicəm davam edir. Bu gün xəstəxanadan çıxmalı idim, ayağımda ağrı olduğuna görə dörd gün sonra evə buraxılacam".
Qeyd edək ki, Rafiq Əzimovun 85 yaşı var.