Müğənni Manaf Ağayev toy qiymətini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, sənətçi bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, toy qonorarı 10 min manatdır:
"Bakı balaca şəhərdir. Kimin nəyi varsa, gizlətmək olmur. Allah hamıya qismət etsin. Toya 50-100 minə getmirəm. 10 min manata gedirəm. 15 nəfərə pul verirəm. Oliqarx musiqiçi yoxdur. Evim, bağım və maşınım var, yaşayıram. Amma kiməsə kömək etməyimi demirlər".