29 Mart 17:54
1 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nüşabə Ələsgərli "Xeyirli axşamlar" verilişində şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Nüşabə Ələsgərli həyat yoldaşı Rza bəydən yaşca böyük olmasını tənqid edənlərə cavab verib.

"Mən 1967-ci ildənəm, Rza bəy isə 1974-ci il təvəllüdlüdür. Yəni mən ərimdən 7 yaş böyüyəm. Hər kəs deyir ki, oğlu yaşında kişiyə ərə gedib. Amma belə deyə-deyə biz artıq 18 ildir ki, bir yerdəyik. 20 yaş kiçik olanlar var, heç dillənmirlər".

Qeyd edək ki, əməkdar artist Rza bəylə ikinci dəfə ailə qurub. Nüşabə Ələsgərlinin ilk nikahından iki övladı var.


Müəllif: Rəqsanə Həsənova