29 Mart 16:45
5 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Yeganə Mürsəlova "7 tamam" verilişində həyat yoldaşı Fateh Akbudakdan danışıb.

Teleqraf.com xəbər verir ki, müğənni həyat yoldaşının dövlət işçisi olduğunu deyib:

“Həyat yoldaşım dövlət məmurudur və bəlli bir maaş alır. Mən nə qədər çox pul qazansam da, Fatehin maaşı daha bərəkətli olur. Bu haqda danışmaq yaxşı deyil, buna görə anamdan üzr istəyirəm. Mən bir az bacıya, qardaşa kömək edirəm. Ona görə də Fatehin qazancı daha bərəkətli olur".

Qeyd edək ki, cütlüyün bir oğlan övladı var.


Müəllif: Rəqsanə Həsənova