Müğənni Nəfəs Arb televiziyasında yayımlanan "Həmin Zaur" verilişinə ailə üzvləri ilə qatılıb.
Teleqraf.com xəbər verir ki, Nəfəs ailəsindən danışıb: "Ailədə üç uşağıq. Atam 42 yaşında rəhmətə gedib. Ona görə biz əl-ələ tutub, bir-birimizə dəstəyik. Atasızlığı, köməksizliyi görmüşəm. Anam artıq əziyyət çəkmir, biz varıq. Qardaşım üçün avtomobil almışam".
Nəfəsin bacısı Fatimə Məmmədli isə həvəskar ifaçı kimi fəaliyyət göstərdiyini deyib.
Aparıcı Zaur Kamalın "Nəfəsin əsl adı nə idi, siz də adınızı dəyişəcəksiniz" sualına o, "Nəfəsin əsl adı Günel olub. Mən isə fəaliyyətimə Fatimə adıyla davam edəcəm", - deyə cavab verib.