25 Oktyabr 14:44
327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə aparıcı Saleh Bağırovun həyat yoldaşı, rəssam Səkinə Bağırovanın “Bəzən bir ümid” adlı fərdi sərgisi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, sərgidə rəssamın 40-a yaxın rəngkarlıq, qrafika, batika və miniatür əsərləri yer alacaq.

Sərgi oktyabrın 28-də Fidan Hacıyeva Vokal Musiqi Məktəbində baş tutacaq.

Tədbirdə xalq artisti Fidan Hacıyeva və əməkdar artistlərin ifasında klassik musiqi proqramı təqdim olunacaq. Ziyarətçiləri həm sənətin, həm də musiqinin ecazkar harmoniyası gözləyir.

Tədbirdə bir sıra rəsmi qonaqlar, mədəniyyət xadimləri, incəsənət adamları iştirak edəcəklər.

Müxtəlif növ və janrlarda işləyən rəssamın yaradıcılığında lirik simvolizm, lirik dekorativizm üslubları səciyyəvidir.

Qeyd edək ki, Sənətşünaslıq üzrə fəlsəfə doktoru olan Səkinə Bağırova 2008-ci ildən Dünya Xalq Yaradıcılıq Təşkilatının (International Organization of Folk Art) (IOV) və 2009-cu ildən Azərbaycan Rəssamlar İttifaqının, 2023-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Rəssamın əsərləri dünyanın bir sıra sərgi salonlarında nümayiş olunub, ABŞ, Fransa, Almaniya, Ukrayna, Rusiya, Özbəkistan, Flippin, Türkiyə və Azərbaycanda şəxsi kolleksiyalarında saxlanılmaqdadır.

Bir sıra ölkələrdə beynəlxalq sərgi və forumların iştirakçısıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər