25 Oktyabr 17:16
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Beyin damarlarımın ikisində nəzərəçarpacaq dərəcədə daralma var. Ona görə də mən səndələyərək yeriyirəm”.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu onurğa iliyi əməliyyatından sonra bir müddət fiziki müalicə və reabilitasiya mərkəzində müalicə alan tanınmış müğənni Zərrin Özər səhhəti ilə bağlı son durumu açıqlayan zaman deyib.

Ötən axşam tədbirdə iştirak edən müğənni uğurlu mahnılarına görə "İlin mahnısı" mükafatını qazanıb və səhnədə çıxışını bu cümlə ilə yekunlaşdırıb.

“Xəstəliyimə baxmayaraq bura mükafatımı almaq və hər şeyə rəğmən dik, ayaqda durduğumu göstərmək üçün gəldim".


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər