25 Oktyabr 22:11
225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Reper P Diddi aktyor, “Zincirsiz” (Django Unchained) filminin ulduzu Ceymi Foksu zəhərləməkdə şübhəli bilinir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Page Six” nəşri Foksun konsertində iştirak edən izləyicilərə istinadən yazır.

Tamaşaçılardan biri, Chon No Joke təxəllüslü prodüser və videoqraf bildirir ki, konsertdə Foks açıq şəkildə P-Didini 2024-cü ilin əvvəlində müəmmalı səbəblərə görə xəstəxanaya yerləşdirməsində günahlandırdıb.

Prodüserin sözlərini başqa bir izləyici də təsdiqləyib.

Qeyd edək ki, reper P-Diddy sui-qəsd, istismar məqsədilə insan alveri, təcavüz və digər maddələrlə günahlandırılır. O, ən azı 15 il və ən çox ömürlük həbs oluna bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər