Londonda Viktoriya və Albert muzeyində "Alexander McQueen: Savage Beauty" sərgisinin açılışı münasiətilə qala şam yeməyi təşkil olunub.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, "Alexander McQueen: Savage Beauty" sərgisi özündə britaniyalı dizayner Aleksandr MakKuinin kolleksiyalarını birləşdirir. 2011-ci ildə Nyu-Yorkun Metropolitan muzeyində keçirilən sərgini 660 min ziyarətçi ziyarət edib. Qala şam yeməyində bir zamanlar MakKuinlə yaxın dost olmuş Keyt Moss, Naomi Kempbell, Devid və Viktoriya Bekhem cütlüyü, eləcə də Britaniya kral ailəsinin üzvləri iştirak ediblər.
Qeyd edək ki, sərgi Viktoriya və Albert muzeyində martın 14-dən avqustun 2-nə qədər açıq olacaq.
Teleqraf.com qala gecəsindən fotoları təqdim edir:
Rüstəm