13 Aprel 2015 18:45
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xanəndə Könül Xasıyeva fanatlarından danışıb. Hər zaman milli musiqimizə dəyər verən xanəndə milyonlarla heyranının olmasını “Günaydın” verilişində bildirib.

“Tamaşaçılarımla çox səmimiyəm. Onlar da mənimlə səmimidirlər. Mən hesab edirəm ki, bir insan digərini sevməsə, onunla görüşmək istəməz. Mənim evdə körpə uşağım var. Milyonlarla fanatım telefon nömrəmi tapır, mənə mesaj yazıb sevgilərini bildirirlər. Hətta onların içində elə alicənabları var ki, onlarla görüşə qədər gedirəm. Fərq etmir, bu qadın və ya kişi də ola bilər. Bu insanlar milli musiqimizə, kökümüzə bağlı insanlardır. Biz xanəndələr səs sərrafıyıq. Biz insanın səsindən bilirik ki, bu insanın tərbiyəsi hansı səviyyədədir. Allah onların sevgisini bizdən əskik etməsin

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.


Müəllif:

Oxşar xəbərlər