Ukraynalı müğənni və Ali Radasının deputatı Zlata Oqneviç Azərbaycan dilində mahnı ifa edib.
Teleqraf.com-un məlumatına görə, o, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını Azərbaycan dilində ifa edib.
Zlata taleyin ona “Gəl ey səhər” mahnısını ifa etmək şans verdiyindən qürur hiss duyduğunu dilə gətirib:
“Bu, möhtəşəm təcrübədir. Mən Azərbaycan xalqına bu cür incəsənətə və tarixi ənənələrə malik olduğuna görə təşəkkürümü bildirirəm. Əfsanəvi Polad Bülbüloğluna isə minnətdarlığımı bildirmək istəyirəm”.
Xatırladaq ki, mahnının musiqisi Polad Bülbüloğluna, sözləri isə Fikrət Qocaya aiddir.
Teleqraf.com mahnını təqdim edir:
Rüstəm