26 May 2014 13:29
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natəvan Həbibinin gözlənilən “Dinlə” adlı solo konserti baş tutub.

Teleqraf.com xəbər verir ki, Heydər Əliyev Sarayında keçirlən konsretdə ifaçı səhnəyə göy-qızılı rəngli geyimdə çıxıb. İlk solo konserti olduğu üçün həyəcanı açıq-aşkar görünən müğənni tamaşaçılara təşəkkür edib.

Bir-birinin ardınca səslənən mahnıları “Nero” rəqs qrupu, “Crazy eyes danse” müşayiət edib.

Natəvan səhnədə daha bir ilkə imza atıb. O, skripkaçılarla birlikdə skripkada ifa edib. Peşəkarlıq və üstün vokal imkanları ilə təqdim olunan mahnılar ən çox həmkarları tərəfindən alqışa səbəb olub.

Səidə Sultan və Emil Bədəlov ilk dəqiqələrdən Natavana gül dəstələri təqdim edərək həyəcanlı dostlarına əhval-ruhiyyə verməyə çalışıblar.

Murad Dadaşovun olduqca böyük oyuncaq ayı hədiyyəsi və ardınca Xəyyam Nisanovun səhnənin az qala yarısını turan “NATA-1” yazılmış böyük gül çələngi gəlib. Səhnə həyəcanını üzərindən atmaqda çətinlik çəkən Həbibi dostlarının dəstəyindən kövrəlib. Danışmaqda çətinlik çəkərək, “can, yaxşı ki varsınız”- deyə söyləyib.

Qeyd edək ki, Zülfiyyə Xanbabayeva, Nigar Hacızadə, İlqar Muradov, Gövhər Həsənzadə, Tünzalə, Yalçın Cabbarov kimi tanınmışlar da onu həmin gün tək buraxmayıb.

Çikaqodan məxsusi konsert üçün gətirilmiş rəqqas Çarlz Lorens mükəmməl ifası ilə dərin təəssürat yaradıb.

Digər maraqlı nümayiş isə səhnədə musiqi kompazisiyasının fonunda Natəvanın rəssam tərəfindən anbaan çəkilən əl işinin ekranda göstərilməsi olub.

Natavan səhnədə 4 geyim dəyişib, bütün geyimləri qapalı və zövqlü olub. Tələbələri və bek-vokalçıları Ceya Rüstəmova, Qulam Məmmədov, Rüstəm Əlləzov, Samir Çəkmərov də fasilələrdə dünya hit nümunələrindən ifalar edib.

Maraqlı məqamlardan biri də Natəvanın su içmək istəyi olub. Prodüserindən su istəyən müğənni mahnı başladığı üçün su içməyə macal tapmayıb. Musiqini yarımçıq kəsməyən müğənni elə köməkçilərinə “naleyti mne vodu” (mənə su süzün) sözlərini oxuyaraq işarə edib.

Boğazı qıcıqlansa da o, axıradək qüsursuz ifa nümayiş etdirib və mahnı bitdikdən sonra su içib.
Qeyd edək ki, müğənni bir neçə gündən sonra Şəmkirdə solo konsert proqramı ilə çıxış edəcək.

Aytən Həsənova


Müəllif: