Moda sektorunun ən nüfuzlu brendlərindən olan “Chanel” 2015-2016-cı payız-qış makiyaj kolleksiyasını təqdim edib.
Payızın sakit və dinc təbiətindən ilham alınaraq hazırlanan “Les Automnales” adlı kolleksiya görənləri valeh edib. Çünki kolleksiyaya daxil olan kosmetik vasitələrin hər birinin rəngi möhtəşəmdir. Brend məhsulların rəngini hansı çiçəkdən və ya bitkidən aldığını açıq-aydın göstərməyə çalışıb. Bunun üçün fotosessiya zamanı məhsulların yanına həmin təbii bitki və çiçəklər də qoyulub. Ənlikdən dodaq boyasına, göz kölgələrindən qələmlərə qədər payız və qış makiyajı üçün lazım olan hər şeyin daxil olduğu bu kolleksiya hər bir qadının ürəyini fəth etməyə qadirdir.
Publika.az yeni kolleksiyanının fotolarını təqdim edir: