Komediya aktyoru Müşfiq Şahverdiyev yumor sahəsini tənqid edənlərə cavab verdi.
Aktyor Teleqraf.com-a bildirdi ki, bəzi insanlar yumor janrında çəkilən filmləri qısqanclıqdan tənqid edirlər: “Elə yumor var ki, qısqanclıqdan tənqid edirlər, elə yumor da var ki, onu tənqid etmək lazımdır. “My name is İntiqam” filmində bir neçə kadr var idi ki, tənqid etdilər. Türk filmlərində söyüşlərə, açıq-saçıq səhnələrə baxırlar, amma bizdə bu, baş verəndə tənqid etməyə başlayırlar. Mənim də işlərimə tənqidi yanaşanlar olur, amma çoxları qısqanclıqdan edir. Çünki əksəriyyəti mənim yumorlarıma gülürlər. Öz adımdan danışıram ki, yumorumuzda heç vaxt bəsitliyə getməmişik. Bizi tənqid edənləri isə haqsız hesab edirəm”.
Rəqsanə Həsənova