19 Sentyabr 2015 12:44
3 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə müğənni Elton Hüseynəliyevdən ayrılan prodüser Toma bunun səbəblərini açıqlayıb.

Prodüserin Teleqraf.com-a açıqlamasına görə, ayrılmaqlarına səbəb xəyanət olub. Amma Toma onu da bildirdi ki, hazırda müğənninin həyatında heç kim yoxdur: “Hamı “İnstaqram”da yazır ki, çox istərdik ki, birləşəsiniz. Ayrılma Eltonun qərarı idi. Sənət adamıdır və mühit də sıxır, ona bir az çətin olur. Həm də səbrsiz insandır. Düşünürəm ki, geri qayıtsa, mən onu qəbul edəcəm. Eltonun həyatında bir xanım vardı. Mənim yaşadığım problem sırf bu üzdən idi. O xanım müğənni və ya şou-biznes nümayəndəsi deyildi. Hazırda Eltonun həyatında heç kim yoxdur. Və öz həyatını yaşayır. Övladlarının yanına gəlir. Münasibətimiz normaldır. Yenidən birləşməmiz Allahın qismətidir”.

Qeyd edək ki, cütlüyün Nuray və Məryəm adlı qızları var.

Rəqsanə Həsənova


Müəllif: