25 Sentyabr 2015 14:23
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova "5-ci element" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni aparıcıların xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayeva ilə bağlı suallarına belə cavab verib:

"Zülfiyyə ilə beş il bir yerdə oxumuşuq. Bu az müddət deyil. Bütün günü bir yerdə idik. Ya bizdə, ya Zülfiyyəgildə, ya da Nigargilin evində olurduq. Aygünlə isə dost olmamışıq. Yadıma gəlmir ki, nə vaxtsa bir-birimizin evinə gedək. Sənət adamlarının birlik olması gözəldir. Amma dostluğun özü də zaman tələb edir. Bir çəkilişdən çıxıb, hardasa oturub yemək yemişiksə, bu dostluq deyil. Dostluqda ən vacib odur ki, insanlar eyni olmalıdır. Bəzən xasiyəti bir-birinə zidd olan insanlar dostluq edir. Bir dəfə oğlumu sənət yoldaşımın ad gününə apardım. İçdi, tort gələndə yıxıldı, qusdu, paltarını cırdı. Oğlumun qarşısında utandım. Axı o mənim sənət yoldaşım idi. Belə insanlarla dostluq etmək olmur".


Müəllif:

Oxşar xəbərlər