“Qızıma deyirəm ki, hər zaman yaşadıqlarından nəticə çıxar. Qızım da məsləhətlərimi başa düşür və qəbul edir. Həyatda qızımın səhv etməsinə icazə vermirəm”.
Bu sözləri Teleqraf.com-a xalq artisti Flora Kərimova bildirib. Onun sözlərinə görə, həyatda edilən səhvləri düzəltmək mümkün deyil: “Həyatda vaxtımı boşa xərcləməyə, səhvlər etməyə ixtiyarım yoxdur. İnsan yaşadığı hər hadisədən dərs almalıdır. Başı daşdan-daşa dəydikdən sonra nə isə düşünmək olmaz. Həyatda yaşadığımız səhvlər evimizi yıxır. Yaxşı hadisələr xoşbəxtliyə, pis hadisələr isə bədbəxtliyə səbəb olur. Düşünmə ki, sən hansısa səhv edib, sonra düzəldə biləcəksən. Mən hər zaman atdığım hərəkəti düşünürəm. Ağıllı qərarlar verməyə çalışıram. Yaşadığım hər şeydən nəticə çıxarıram. Gənclərə də belə düşünüb addım atmasını tövsiyə edirəm. Qızıma da deyirəm ki, hər zaman yaşadıqlarından nəticə çıxar. Qızım da məsləhətlərimi başa düşür və qəbul edir. Həyatda qızımın səhv etməsinə icazə vermirəm”.
Qeyd edək ki, xalq artistinin qızı Zümrüd bir müddət öncə həyat yoldaşından boşanıb.
Rəqsanə